AZ

Xaçmazda yük maşını aşıb - FOTO

Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb. Avtosfer.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb. Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub. Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
89
7
avtosfer.az

10Mənbələr