AZ

Xaçmazda pomidor dolu yük maşını aşdı

Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb.

Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
137
12
news24.az

10Mənbələr