“Çelsi”nin 18 yaşlı braziliyalı sağ cinah hücumçusu Estevan Villian yetkinlik yaşına çataraq “zadəganlar”ın düşərgəsinə gəlib.
Arena.az bu barədə “Çelsi”nin mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, “Çelsi” Estevanı satın aldığını 2024-cü ilin iyun ayının 22-də, futolçu 17 yaşında ikən rəsmən bəyan etmişdi. FIFA qaydalarına müvafiq olaraq, Estevan 18 yaşının tamam olması ilə London klubunun düşərgəsinə keçmək hüququ qazanıb.
Estevanın keçidi “zadəganlar”a 34 milyon avro məbləğ müqabilində başa gəlib.
Gənc hücumçunun “Çelsi” ilə müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Estevan futbolda ilk addımlarını “Kruszeyro”da atıb, ardınca “Palmeyras”a yol taparaq, böyük futbolda debüt edib.
Estevan “Palmeyras” üçün ümumilikdə 83 oyun keçirib, 27 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Estevan Villian 2024-cü ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.
Estevanın qənimətlər muzeyində “Palmeyras”la qazandığı Braziliya çempionıuğu (2023) və Paulista çempionluğu (2023/2024).
“Transfermarkt” internet-portalı 18 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


