AZ

"Sauthempton" onun üçün "Everton"un 40 milyonluq təklifini rədd edib

İngiltərənin "Sauthempton" klubu gənc vinger Tayler Diblinqin transferi ilə bağlı "Everton"dan daxil olan təklifi rədd edib.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən yaydığı məlumata görə, "Everton" 19 yaşlı cinah hücumçusu üçün 40,1 milyon avro çox təklif etsə də, "Sauthempton" bu təklifi qəbul etməyib. Klub futbolçunu 46 milyon avrodan artıq məbləğə dəyərləndirir.

Gənc futbolçunun xidmətində "Mançester Yunayted", "Çelsi", "Mançester Siti", "Tottenhem", eləcə də Almaniyanın "Bavariya" və "Leypsiq" klubları maraqlıdır.

Qeyd edək ki, bu ilin əvvəlində "Sauthempton"un Diblinqi təxminən 114,8 milyon avro qarşılığında satmaq istədiyi bildirilmişdi. 

2024/2025 mövsümündə Tayler Diblinq bütün turnirlərdə 38 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Seçilən
212
35
90deqiqe.az

10Mənbələr