AZ

"Bavariya"nın futbolçusu İngiltərəyə qayıdır

"Bavariya"nın futbolçusu Joao Palinya İngiltərə Premyer Liqasına qayıdacaq.

Sportal.az xəbər verir ki, "Tottenhem" portuqaliyalı yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu 30 yaşlı orta xətt oyunçusunu 30 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub.

Qeyd edək ki, "Bavariya" Joao Palinyanı ötən ilin yayında "Fulhem"dən 51 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü Münhen təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
30
3
sportal.az

4Mənbələr