AZ

Voltemade “Bavariya”ya keçmək istəyir

“Ştutqart”ın hücumçusu Niko Voltemade mövsümöncəsi hazırlıq prosesində iştirak etsə də, klubdan ayrılmaq istəyir.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, 23 yaşlı futbolçu “Bavariya”ya transfer olunmaq arzusundadır və bu barədə klub rəhbərliyini məlumatlandırıb.

 Münhen təmsilçisi ilə “Ştutqart” arasında aparılan danışıqlar çətinliklə davam edir. “Şvablar” Voltemadeni saxlamaq üçün mümkün olan bütün addımları atmağa hazırdır.

Transfermarkt portalının qiymətləndirməsinə əsasən, gənc hücumçunun bazar dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, Niko Voltemade son mövsümdə “Ştutqart”ın əsas oyunçularından biri olub və performansı ilə bir neçə top klubun diqqətini cəlb edib.

Seçilən
34
90deqiqe.az

1Mənbələr