AZ

"Kəpəz" keçmiş futbolçusunu transfer etdi

BAKI, 5 avqust. TELEQRAF

"Kəpəz" növbəti transferini açıqlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi sabiq futbolçusu Olavale Onanuqanı heyətinə qatıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub. "Kəpəz"dən sonra Olavale Əl-Nəsr (Küveyt) və Bney Yehuda (İsrail) klublarında oynayıb.

Seçilən
19
5
teleqraf.com

10Mənbələr