AZ

“Kəpəz” sabiq futbolçusunu geri qaytarıb

Bakı, 5 avqust, AZƏRTAC

Transfer çalışmalarını davam etdirən “Kəpəz” vaxtilə komandada oynamış Olavale Onanuqanı heyətinə qatıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Nigeriyalı yarımmüdafiəçi bundan əvvəl 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib, 27 oyuna 2 qol vurub. Olavale Onanuqa "Kəpəz"dən sonra “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında oynayıb.

Seçilən
52
7
azertag.az

10Mənbələr