Transfer çalışmalarını davam etdirən "Kəpəz" vaxtilə komandada oynamış Olavale Onanuqanı heyətinə qatıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Nigeriyalı yarımmüdafiəçi bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub. "Kəpəz"dən sonra Olavale Əl-Nəsr (Küveyt) və Bney Yehuda (İsrail) klublarında oynayıb.