AZ

“Kəpəz” sabiq legionerini qaytardı

Transfer çalışmalarını davam etdirən “Kəpəz” vaxtilə komandamızda oynamış Olavale Onanuqanı heyətinə qatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Nigeriyalı yarımmüdafiəçi bundan öncə 2023/2024-cü illər mövsümündə “sarı-göylər”in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub. “Kəpəz”dən sonra Olavale Əl-Nəsr (Küveyt) və Bney Yehuda (İsrail) klublarında oynayıb.

Seçilən
46
7
futbolpress.az

10Mənbələr