İmişli rayonunda iki minik avtomobili toqquşub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alını.
Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.