AZ

İmişlidə ağır QƏZA: 6 nəfər xəsarət aldı

İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu gün saat 11:00 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.

Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan 1-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
47
9
bizim.media

10Mənbələr