AZ

İmişlidə iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb

İmişli rayonunda iki minik avtomobili toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
61
11
operativmm.az

10Mənbələr