EN

İmişlidə iki avtomobil toqquşub, xəsarət alanlar var

İmişli rayonunda iki minik avtomobili toqquşub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alını.

Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
3
3
report.az

10Sources