AZ

Natiq Hacıyev beynəlxalq hakimlik karyerası ilə VİDALAŞDI

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iki hakimimiz iştirak edib.

Azərbaycan Güləş Federasiyasından News365.az-a verilən məlumata görə, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyublar. Təcrübəli referilərimiz qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.

Bu dünya çempionatı N.Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.

Seçilən
13
6
news365.az

10Mənbələr