AZ

Azərbaycanlı hakim karyerasını başa vurub - FOTO

Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında iki hakimimiz iştirak edib.

Apasport.az xəbər verir ki, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyub.

Təcrübəli referilərimiz qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.

Bu dünya çempionatı N.Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.

Dünya çempionatına yollanacaq güləşçilərimiz bəlli olub

Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib

Güləşçilərimiz beynəlxalq təlim-məşq toplanışında

Azərbaycanın yunan-Roma güləşçiləri Budapeştdə daha iki medal qazanıblar

Olimpiya çempionu 44 yaşında vəfat edib

Seçilən
9
7
apasport.az

10Mənbələr