AZ

Azərbaycanın qeyri-neft ixracı 10%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq1,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarıüzrə ixrac 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabərolub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbərverir.

İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ixrac olunanşəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları vəya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıqiplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardanhazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar666,8 min ABŞ dolları və ya 0,7% artıb.

Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9%artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracıisə 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə,aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq600,3 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları)birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci,pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektorunaaid malların siyahısında pomidor (tomat) (35.2 milyon ABŞ dolları)birinci olub. Bu siyahıda qızıl (22.7 milyon ABŞ dolları) ikinci,təzə albalı və gilas (18,8 milyon ABŞ dolları) isə üçüncü yerdəqərarlaşıb.

Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon ABŞdolları, Türkiyəyə 287,2 milyon ABŞ dolları, Gürcüstana 154,8milyon ABŞ dolları, İsveçrəyə 151,5 milyon ABŞ dolları, Ukraynayaisə 95.8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malixrac olunub.

2025-ci ilin iyun ayında Rusiya Federasiyasına 143,1 milyon ABŞdolları, Türkiyəyə 35.9 milyon ABŞ dolları, Gürcüstana 29,3 milyonABŞ dolları, İsveçrəyə 23.6 milyon ABŞ dolları, Ukraynaya isə 19,3milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixracedilib.

2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycanİnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin AzərbaycanRespublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "ExportStream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC,"AzərbaycanŞəkər İstehsalat Birliyi" MMC, "Avrora" Məhdud MəsuliyyətliCəmiyyəti,"Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti,"UYTROP" MəhdudMəsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıdaaşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar SənayeKompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC,"İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, NaxçıvanMR Dövlət Energetika Xidməti.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan RespublikasınınKosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləriixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlironun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin iyunayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dollarıdəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 2,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,8milyon ABŞ dolları ilə Lüksemburq, 436 min ABŞ dolları iləNigeriya, 385,1 min ABŞ dolları ilə Türkiyə, 357,9 min ABŞ dollarıilə Misir qərarlaşıb.

Məqalədə:
Seçilən
6
4
az.trend.az

10Mənbələr