AZ

Bu il şəkər ixracı 54%-dən, aqrar məhsulların ixracı 21%-dən çox artıb

2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4% artıb.

Bakues.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayında qeyd olunub.

Məlumat görə, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.

Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.

Seçilən
115
14
icma.az

10Mənbələr