AZ

Azərbaycanın qeyri-neft ixracı 10% artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib.

FED.az xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard  ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.

“İxrac

“İxrac

“İxrac

Seçilən
93
9
fed.az

10Mənbələr