Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ın "Şelburn"u məğlub etməsi (1:0) ilə ölkəmiz unikal göstəriciyə çatıb. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150 olub. "Qarabağ"ın dünənki matçı ilə rəsmiləşən 150-ci qələbə 477-ci oyuna təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.