Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.
Publika.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” – “Şelburn” oyununa təsadüf edib.
Ağdam təmsilçisi İrlandiya klubunu 1:0 hesabı ilə üstələyib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.
Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindiriblər. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.