AZ

Azərbaycan klubları avrokuboklarda 150-yə çatdı

style='margin-bottom:10px;'>

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

Seçilən
52
19
teleqraf.com

10Mənbələr