AZ

“Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

saytlarin hazirlanmasi

Seçilən
47
19
sportal.az

10Mənbələr