AZ

“Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.

Apasport.az xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Qeyd edək ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

ÇL: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB

ÇL: "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - YENİLƏNİR

"Qarabağ" – "Şelburn" qarşılaşması bu kanalda

ÇL: Cavab oyunlarına start verilib - YENİLƏNİB

"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlanıb

Seçilən
20
19
apasport.az

10Mənbələr