AZ

Xəzərin üzərində yeni iqtisadiyyat: Süni torpaq sahələrində turizmin təşviqi və vergi gəlirlərinin kazino mexanizmi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlhamƏliyev Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə,“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsihaqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”,“Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmişəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinəqarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) AzərbaycanRespublikasına mənsub olan bölməsində süni torpaq sahələrininyaradılması haqqında” qanunlarında dəyişiklikləri təsdiqləyib.

Sənəd süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinintənzimlənməsini, o cümlədən, süni torpaq sahələrində kazinooyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyənedilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrindəsahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiyafəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təminedilir.

Sənədə əsasən, Azərbaycanda kazino oyunları qanununtələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkiledilə və keçirilə bilər.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili:Yeni iqtisadi sıçrayışın başlanğıcı

Yeni təsdiqlənmiş sənəd ölkə iqtisadiyyatında, xüsusilə dəturizm və xidmət sektorlarında inqilabi dönüş vəd edir. Qanunaəsasən, Xəzər dənizinin Azərbaycan sektorunda yaradılacaq sünitorpaq sahələrində kazino fəaliyyətinə icazə veriləcək. Bu addımilk baxışda sadəcə əyləncə sənayesinə aid bir təşəbbüs kimi görünsədə, əslində, onun çoxşaxəli iqtisadi və sosial təsirləriolacaq.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili vəkeçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizmpotensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmətedəcək. Hazırda Azərbaycan vətəndaşları kazino oynamaq üçün yadigər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarınaqoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda “kölgəqumar”ın qarşısının alınmasına xidmət edir.

İqtisadiyyat üçün yeni gəlirmənbəyi

Kazino fəaliyyəti dünya üzrə bir çox ölkənin əsas büdcə gəlirimənbələrindən biri hesab olunur. Kazinolara icazə verilməsi sondövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olanqadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır.Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununlayanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonunaçılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunlarıolan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar.Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstanda kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

Azərbaycanda da süni torpaq sahələrində kazinoların təşkilinəticəsində:

  • Vergi və rüsum gəlirləri artacaq;
  • Yeni iş yerləri açılacaq (turizm, xidmət, təhlükəsizlik,logistik və s. sahələrdə);
  • Sahibkarlığın inkişafı üçün münbit mühityaranacaq.

Sənəddə süni torpaq sahələrində kazino oyunlarının təşkili üçündövlət rüsumunun məbləği müəyyən edilib, kazino oyunlarında uduşqazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələbedilməsinə dair təminat təsbit edilib. Bununla yanaşı, sənəddəkazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalarvə məhdudiyyətlər əks olunub.

Turizmin diversifikasiyası vəcanlanması

Azərbaycan son illərdə turizm sektorunun inkişafı üçün ciddistrategiyalar hazırlayır və beynəlxalq sərgilərdə iştirakınıgenişləndirir. Kazino fəaliyyəti xüsusilə də tənzimlənmiş və yüksəksəviyyədə qurulmuş əyləncə infrastrukturu:

  • Orta və yüksək büdcəli turistlərin cəlb edilməsinə şəraityaradacaq;
  • “Gambling tourism” (kazino turizmi) sahəsində yeni bazarseqmentinin formalaşmasına imkan verəcək;
  • Otel, restoran, transport və əyləncə sektorlarında paralelinkişafı stimullaşdıracaq.

Kazino fəaliyyətinin yalnız süni torpaq sahələrində icazəverilməsi isə bu sahəyə daxil olan turist axınının coğrafimərkəzləşdirilməsinə və nəzarətə imkan yaradacaq. Bu isətəhlükəsizlik və monitorinq baxımından müsbət nəticələrverəcək.

Sənəddə kazino oyunlarının təşkil edilməsi və keçirilməsi iləbağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləməkazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldəedilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinəmünasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdətutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dairlisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraqoyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.

İnnovativ şəhərsalma və infrastrukturinkişafı

Həmçinin, qeyd etmək lazımdır ki, süni torpaq sahələrininyaradılması özlüyündə mühüm mühəndislik və şəhərsalma layihəsidir.Bu layihə çərçivəsində:

  • Yeni nəqliyyat xətləri, körpülər, tunellər və logistikamərkəzləri inşa edilə bilər;
  • Süni adalar və sahillər müasir memarlıq nümunələrinəçevrilə bilər;
  • “Smart city” yanaşması ilə texnoloji və ekoloji baxımdandavamlı şəhərciklər qurula bilər.

Bu isə yalnız kazino fəaliyyətindən ibarət olmayan, geniş xidmətvə texnologiya klasterinin əsasını qoya bilər.

Sosial və tənzimləyici əlavəgüclər

Sənəddə nəzərdə tutulan ciddi nəzarət mexanizmləri – AML/CFTtələbləri, lisenziyalaşdırma, yaş məhdudiyyəti və virtualkazinolara qadağalar – fəaliyyətin təhlükəsiz və etik prinsiplərəuyğun aparılmasını təmin edəcək. Beləliklə:

  • Qeyri-leqal qumar oyunlarının və onlayn kazinolarınyayılmasının qarşısı alınacaq;
  • Vətəndaşlar üçün risk səviyyəsi minimumaendiriləcək;
  • Dövlət bu fəaliyyət üzərində tam nəzarətə malikolacaq.

Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkilolunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formayasalınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərləlisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsumtənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmlərinormativ əsasda təsbit edilir.

Sənəddə, həmçinin, kazino oyunlarının təşkilatçısına da dairxüsusi şərtlər əks olunub. Bu oyunların təşkilatçısı qismindəyalnız hüquqi şəxslər çıxış edə bilərlər. Eyni zamanda, kazinooyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqişəxsə verilir.

Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlara qarşımübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanıregionda kazino turizminə açıq və tənzimlənən ölkə kimimövqeləndirəcək. Eyni zamanda 21 yaşından aşağı şəxsləriniştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsivə maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimumaendirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizliktədbirləridir.

Regional liderlik və brend dəyəri

Azərbaycanın Cənubi Qafqaz regionunda belə bir təşəbbüsə imzaatması onu bu sahədə regional liderə çevirə bilər. Süni torpaqsahəsində kazino fəaliyyəti ölkənin beynəlxalq brend dəyəriniartıraraq onu turizm və iqtisadi innovasiya mərkəzinə çevirə bilər.Bu təşəbbüs Azərbaycanın yalnız enerji ölkəsi deyil, eyni zamandamüasir, xidmət yönümlü iqtisadiyyata sahib bir dövlət kimi imicinidəstəkləyəcək.

Beləliklə, sənəd iqtisadi və hüquqi baxımdan əsaslıvə mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyunbiznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətininartırılmasına xidmət edir.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlısənəd düzgün icra və nəzarət şəraitində Azərbaycanıniqtisadiyyatına, turizminə və beynəlxalq nüfuzuna ciddi töhfə verəbiləcək.

Bu sənəd gələcəkdə yalnız əyləncə sektorunu deyil,bütövlükdə ölkənin iqtisadi strukturunu diversifikasiya etməyə vədayanıqlılığını artırmağa xidmət edəcək.

Seçilən
39
8
az.trend.az

10Mənbələr