AZ

Bu şəxslərin də Qarabağa səfər etməsinə icazə verildi AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qarabağa marşrutlar var. Bizim vətəndaşlarımız üçün icazə məsələsi daha da asanlaşdı. İşağaldan azad olunan ərazilərdə qalmaq üçün maksimum müddət 2 gündən 5 günə qədər uzadıldı. Paralel olaraq, vətəndaşlarımızın köç prosesi davam edir, infrastruktur yaradılır, tikinti işləri gedir. Bir bölgənin canlanması üçün əhalinin artması, gediş-gəlişin olması vacibdir".Bu sözləri Demokrat.az-a açıqlamasında "Smart Hotels Group" şirkətlərinin direktoru Ceyhun Aşurov deyib.O bildirib ki, turist səfərlərinə icazə verilməsi həmin ərazilərdə ticari məsələləri də aktivləşdirmiş olacaq:İctimai iaşə müəssisələri, turizm infrastrukturunun yaranması daha çox insanın bölgəyə səfər etməsinə səbəb olacaq. İşğaladan azad olunan ərazilərə təkcə vətəndaşlarımızın deyil, xarici vətəndaşların da rahatlıqla səfər etməsi turistlərin sayına müsbət təsir göstərəcək. İnsanların rifahının yaxşılaşması üçün iqtisadi canlanma baş verəcək. Qeyd edək ki, iyul ayının 23-dən etibarən turistlər də Qarabağa səfər edə biləcək.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
34
demokrat.az

10Mənbələr