AZ

Dövlət əmlakının icarəsindən büdcəyə 21,8 milyon manat vəsait daxil olub

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilinyanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən dövlətbüdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin birinci yarımilliyi ərzindəqeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.Qeyd olunub ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindəndövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təminolunub.

Eyni zamanda, bildirilib ki, cari ilin yanvar-iyun aylarında1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb.Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə, vurğulanıb ki, qeyri-yaşayış və torpaq sahələrininicarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyiərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eynidövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1%artıb.

"Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakınınicarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitinödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə22,3% artım qeydə alınıb", - deyə məlumatda qeyd edilib.

Seçilən
2
8
az.trend.az

9Mənbələr