AZ

Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2025-ci ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.

Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1% artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə 22,3% artım qeydə alınıb.

Seçilən
15
8
vergiler.az

9Mənbələr