AZ

Qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsait ödənilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsindəişlər davam etdirilib.

Trend DövlətXidmətinə istinadən xəbər verir ki, cari ilin birinci yarımilliyiərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsibağlanılıb.

Qeyd edilib ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindəndövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təminolunub.

Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1.900 torpaqsahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründətorpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manatməbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsiilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarəmüqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlananicarə müqavilələrinin sayı 21,1% artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakınınicarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitinödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə22,3% artım qeydə alınıb.

Seçilən
18
8
az.trend.az

9Mənbələr