AZ

Dövlət əmlakının icarəsindən büdcəyə 22 milyon manata yaxın vəsait ödənilib

Cari ilin yanvar-iyun ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəsindən büdcəyə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

AZƏRTAC Dövlət Xidmətinə istinadla xəbər verir ki, ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.

Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə, qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1 faiz artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artım qeydə alınıb.

Seçilən
11
8
yeniazerbaycan.com

9Mənbələr