Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi start götürür.

Offsideplus.az xəbər verir ki, yarışda ümumilikdə 16 komanda iştirak edir.

Bunlardan 12-si milli komandadır: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya.

Digər 4 kollektiv isə “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya) və “CS Rapid”(Rumıniya) klublarıdır. 

Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda yer alıb.

Basketbolçularımız birinci görüşdə Çexiyaya qalib gəliblər.

Növbəti matçı Slovakiya kollektivinə qarşı olacaq.

Qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Dünya Seriyası, A qrupu

18:55 Çexiya - Azərbaycan 12:20

20:35 Azərbaycan - Slovakiya