Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi start götürür.
Offsideplus.az xəbər verir ki, yarışda ümumilikdə 16 komanda iştirak edir.
Bunlardan 12-si milli komandadır: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya.
Digər 4 kollektiv isə “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya) və “CS Rapid”(Rumıniya) klublarıdır.
Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda yer alıb. Basketbolçularımız bu gün qrup mərhələsində hər iki matça çıxacaqlar. Qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.
Dünya Seriyası, A qrupu
18:55 Çexiya - Azərbaycan
20:35 Azərbaycan - Slovakiya