Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi keçirilir.
Offsideplus.az xəbər verir ki, yarışda ümumilikdə 16 komanda iştirak edib.
Bunlardan 12-si milli komandadır: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya.
Digər 4 kollektiv isə “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya) və “CS Rapid”(Rumıniya) klublarıdır.
Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda yer alıb.
Basketbolçularımız birinci görüşdə Çexiyaya qalib gəliblər.
Növbəti matçı Slovakiya kollektivinə qarşı olacaq.
Qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.
Dünya Seriyası, A qrupu
Çexiya - Slovakiya 16:15
Çexiya - Azərbaycan 12:20
20:35 Azərbaycan - Slovakiya
Turnir cədvəli: Oyun Qələbə Qələbə faizi Orta xal
1. Azərbaycan 1 1 100% 20
2. Çexiya 2 1 50% 14
3. Slovakiya 1 0 0% 15