Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi start götürür.
Bizim.Media xəbər verir ki, 2 gün davam edəcək yarışda 16 komanda mübarizə aparacaq.
Onlardan 12-si milli - Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü klubdur - “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).
Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda gücünü yoxlayacaq. Hər 2 görüş bu gün keçiriləcək.
Dünya Qadın Seriyası
A qrupu
26 iyul
18:55 Çexiya - Azərbaycan
20:35 Azərbaycan – Slovakiya
Qeyd edək ki, qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta