AZ

Millimizin üzvü oynadı, komandası avrokubokda qələbə qazandı

Azərbaycanlı futbolçu Zamiq Əliyev Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qələbə sevinci yaşayıb.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi Albaniya təmsilçisi "Eqnatiya" səfərdə Minsk "Dinamo"su üzərində qələbə qazanıb.

Ev oyunlarını Macarıstanda keçirən "dinamoçular" öz qapısından iki cavabsız top buraxıblar. Start heyətində yer alan Zamiq Əliyev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Albaniya çempionu olan "Eqnatiya" Çempionlar Liqasının I təsnifat mərhələsində "Breydablik"ə iki oyunun nəticəsinə görə uduzub – 1:0 və 0:5.

AL: Ardanın "Şaxtyor"undan "Beşiktaş"a 4 qol - YENİLƏNİB

Valdas Dambrauskas: “Üzərində işləməli olduğumuz çox məqam var”

KL: “Sabah”dan inamlı qələbə - YENİLƏNİB

Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”

“Aris”in baş məşqçisi: “Cavab oyunu tamamilə fərqli olacaq”

Seçilən
79
15
apasport.az

10Mənbələr