Zelenski İstanbulda danışıqlar üçün Ukrayna nümayəndə heyətini genişləndirib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların üçüncü raundunda iştirak edəcək nümayəndə heyətinin sayını artırmaq qərarına gəlib. O, müvafiq fərman imzalayıb. TASS-ın məlumatına görə, insan haqları üzrə müvəkkilinin nümayəndəsi və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının digər nümayəndəsi İstanbula gələcək.
Belə ki, bu vaxta qədər Zelenskinin təqdim etdiyi dəyişikliklər nəticəsində Ukrayna nümayəndə heyəti 14 nəfərdən ibarətdir.
Birbaşa danışıqların üçüncü raundu zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli və humanitar məsələlər üzrə öz memorandumlarını müzakirə etməyi planlaşdırırlar.