AZ

Türkiyə nümayəndə heyəti Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yerə gəlib

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbuldakı Çırağan sarayına ilk olaraq Türkiyə nümayəndə heyəti gəlib...

Oxu.Az TASS-a istinadən xəbər verir ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha əvvəl NTV kanalı Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşün açılışında çıxış edəcəyini bildirirdi.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da nümayəndə heyətinin tərkibində danışıqların keçiriləcəyi yerə gəlib və onun da görüşdə iştirakı gözlənilir.

Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak da Çırağan sarayına gəlib.

***

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya nümayəndə heyətini gətirən təyyarə saat 15:40-da (Bakı vaxtı ilə 16:40) Türkiyənin ən böyük şəhərinin hava limanına enib.

Poliqon.info

phrase_var_article.chosen
37
27
poliqon.info

10phrase_var_article.sources