Rusiya nümayəndə heyəti bu gün (iyulun 23-də) Ukrayna ilə danışıqların üçüncü turunda iştirak etmək üçün İstanbula yola düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın RT agentliyinin əməkdaşı məlumat yayıb.
Qeyd edək ki, artıq danışıqların baş tutacağı İstanbuldakı Çırağan sarayında təhlükəsizlik tədbirləri gücləndirilib.
11:47
Bu gün İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar Türkiyə vaxtı ilə saat 19:00 radələrində keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV Türkiyə Prezident Administrasiyasına istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, əldə edilən informasiyaya rəğmən, iki ölkə nümayəndələrinin görüşəcəyi tarix və saat hələ də dəqiqləşdirilir.