AZ

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlarda iştirak etmək üçün İstanbula gəlib - YENİLƏNİB

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula gəlib.

Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya nümayəndə heyətini gətirən təyyarə saat 15:40-da (Bakı vaxtı ilə 16:40) Türkiyənin ən böyük şəhərinin hava limanına enib.

Rusiya nümayəndə heyəti bu gün (iyulun 23-də) Ukrayna ilə danışıqların üçüncü turunda iştirak etmək üçün İstanbula yola düşüb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın RT agentliyinin əməkdaşı məlumat yayıb.

Qeyd edək ki, artıq danışıqların baş tutacağı İstanbuldakı Çırağan sarayında təhlükəsizlik tədbirləri gücləndirilib.

11:47

Bu gün İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar Türkiyə vaxtı ilə saat 19:00 radələrində keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV Türkiyə Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əldə edilən informasiyaya rəğmən, iki ölkə nümayəndələrinin görüşəcəyi tarix və saat hələ də dəqiqləşdirilir.

Seçilən
44
27
moderator.az

10Mənbələr