AZ

İstanbul danışıqları: Zelenski nümayəndə heyətinin tərkibini son anda dəyişdi

Türkiyənin ən böyük şəhəri İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu üçün hazırlıqlar davam edir.

Publika.az xəbər verir ki, iclasın çərşənbə axşamı, iyulun 23-də Çırağan sarayında baş tutacağı və bir gündən çox sürməyəcəyi gözlənilir.

Rusiya əvvəlki tədbirlərə göndərdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Lakin Ukrayna prezidenti Vladimir Zelenski son anda nümayəndə heyətinin tərkibini dəyişib .

Ukrayna lideri danışıqlar qrupunu 12 nəfərdən 14 nəfərə qədər genişləndirib.

Prezidentin saytında dərc olunan fərmana əsasən, Ukrayna nümayəndə heyətinə Ali Radanın insan hüquqları üzrə komissarının təhlükəsizlik və müdafiə sektoru orqanları sistemindəki nümayəndəsi Yuri Kolbasa, həmçinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski də qoşulub.

phrase_var_article.chosen
1
27
publika.az

10phrase_var_article.sources