AZ

Paşinyan COP17-nin anonsunu verdi

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasına (COP17) Tərəflərin 17-ci Konfransının keçiriləcəyi tarixlərin artıq təsdiqləndiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, konfrans 2026-cı il oktyabrın 18-dən 30-dək İrəvanda keçiriləcək.

“Biz Ermənistandakı bütün iştirakçıları və maraqlı tərəfləri biomüxtəlifliyin qorunub saxlanması səylərini birgə inkişaf etdirmək üçün salamlamağı səbirsizliklə gözləyirik”, - deyə Paşinyan sosial media hesabında qeyd edib. Dominos pizza

COP17-də dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, o cümlədən hökumətlərin, akademik dairələrin, ətraf mühit təşkilatlarının və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.


Telegram kanalımız
Seçilən
90
1
yenisabah.az

10Mənbələr