ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Türkiyə ilə İraq arasında 1973-cü ildən qüvvədə olan Xam Neft Boru Kəməri Müqaviləsinin müddəti 27 iyul 2026-cı ildə başa çatacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin qərarı Rəsmi Qəzetdə dərc olunub.
Sənədə əsasən, Türkiyə-İraq Xam Neft Boru Kəməri Müqaviləsi, Xam Neft Boru Kəməri Protokolu və digər əlaqədar saziş və protokolların müddəti qeyd olunan tarixdən etibarən qüvvəsini itirəcək. Toyuqlu pizza
Qeyd edək ki, boru kəmərinin birinci mərhələsi iki ölkə arasında 1973-cü il avqustun 27-də imzalanmış Xam Neft Boru Kəməri Sazişinə əsasən 1976-cı ildə istismara verilib. Sözügedən müqavilə 2010-cu ildə yenilənib və 15 il müddətinə uzadılıb.
Aytac Əliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.