AZ

Azərbaycanda 6 ayda dəniz nəqliyyatı ilə 91 milyon dollarlıq yük daşınıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatıvasitələri ilə 1,2 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yükdaşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 91,5 milyon ABŞ dolları və ya 8,2% çox,həcm ifadəsində isə 136,3 min ton və ya 9,5% azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan51,2 milyon ABŞ dolları dəyərində 93 min ton yük ixrac edilib ki,bu da illik müqayisədə dəyər baxımından 11,8 milyon ABŞ dolları vəya 18,8% azalma, həcm ifadəsində isə 51,4 min ton və ya 2,2 dəfəartım deməkdir.

Eyni zamanda, dövr ərzində dəniz nəqliyyatı vasitəsiləAzərbaycana 1,2 milyard ABŞ dolları dəyərində 1,2 milyon ton yükidxal edilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyənisbətən dəyər ifadəsində 103,3 milyon ABŞ dolları və ya 10% artıb,həcm baxımıdan isə 187,7 min ton və ya 13,5% azalıb.

phrase_var_article.chosen
19
7
az.trend.az

10phrase_var_article.sources