Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, münasibətlərin pozulmasının əsas səbəbkarı Rusiyadır:
"Azərbaycanın mülki sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Təyyarənin Rusiya ərazisində enməsinə imkan verilməyib, nəticədə o məhv olub və çox sayda insan həyatını itirib. Bununla belə, Rusiya hələ də nə günahını etiraf edib, nə də üzr istəyib. Əksinə, məsuliyyətdən yayınmaq üçün müxtəlif uydurma bəhanələr gətirir".
Politoloq qeyd edib ki, Azərbaycan prinsipial və qətiyyətli mövqe tutmaqda tamamilə haqlıdır:
"Azərbaycan öz regional lider statusunu, beynəlxalq imicini və siyasi iradəsini qorumağa çalışır. Rəsmi Bakı bu məsələdə tam haqlı və ardıcıl mövqe sərgiləyir.
Rusiya isə, keçmiş stereotiplərə sadiq qalaraq, günahkar olsa belə, güzəşt gözləyir. Bu yanaşma artıq keçərli deyil. Azərbaycan əvvəlki kimi münasibətlər qurmayacaq. Əgər Rusiya qərəzli və ziyanlı addımlar atmağa davam edərsə, münasibətlər daha da pisləşəcək və hətta tamamilə qopa bilər. Bu halda əsas məsuliyyət də, ziyan da məhz Rusiyanın üzərinə düşəcək".
Qeyd edək ki, Rusiyada azərbaycanlı iş adamlarının həbs müddəti daha 3 ay uzadılıb.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
sitat.infoMünasibətlərin gərginləşməsində Rusiya məsuliyyət daşıyır: Deputatdan mühüm açıqlama ( 19508465)
-
sitat.infoMünasibətlərin gərginləşməsində Rusiya məsuliyyət daşıyır: Deputatdan mühüm açıqlama ( 19508144)
-
demokrat.azPolitoloq: Rusiya mediası özünü müstəqil dövlət mövqeyindən çıxış edən qurum kimi aparmır ( 19507403)
-
demokrat.azPolitoloq: "Rusiya mediası özünü müstəqil dövlət mövqeyindən çıxış edən qurum kimi aparmır" ( 19507241)
-
yeniazerbaycan.comDünya mətbuatı III Qlobal Media Forumunda Prezident İlham Əliyevini çıxışından əsas məqamları işıqlandırmaqda davam edir ( 19485476)
-
tribunainfo.azDünya mətbuatı III Qlobal Media Forumundan yazdı – FOTO ( 19485182)
-
ikisahil.azTarixi mirasa sadiq qalmaqla... ( 19484822)
-
moderator.az“III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir” ( 19484621)
-
aznews.az“Azərbaycanın səbr və təmkin siyasəti artıq tükənmək üzrədir” - Abutalıb Səmədov ( 19484477)
-
demokrat.az"Hazırda ABŞ yalnız müvəqqəti olaraq vasitəçi mövqeyindən çıxış edə bilər" — ŞƏRH ( 19426850)