Sitat.info saytından alınan məlumata görə, ain.az bildirir.
"Bu gün münasibətlərin gərginləşməsində məsuliyyəti Rusiya tərəfi daşıyır. Azərbaycan tərəfi heç zaman münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Amma biz arada Rusiya tərəfindən bu cür addımların atıldığını görürük. Rusiya tərəfi bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Rusiya bu addımları atmaqla münasibətləri zədələyir. Əgər Rusiya tərəfi təzyiq dili ilə Azərbaycanla danışmağın mümkün olduğunu, təzyiq vasitəsilə Azərbaycanın mövqeyinə təsir edə biləcəyini düşünürsə, bu, kökündən yanlışdır və mümkün olmayan bir məsələdir".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
C.Məmmədov vurğulayıb ki, Rusiya özünün dominant mövqeyini qorumağa çalışır: "Amma bunun yolu təzyiqlərdən deyil, normal münasibətlərdən və bu münasibətlərin idarə olunmasından keçir. Yəni, bu cür addımlarla, belə yanaşma ilə nəyəsə nail olmaq qeyri mümkündür. Biz onu xüsusi qeyd edirik ki, Azərbaycanın haqlı mövqedədir. Miqrantlara təzyiq isə çıxış yolu deyil. Onlar Rusiyanın inkişafına, iqtisadiyyatına öz töhvələrini verirlər. Ona görə də, bu cür üslub və yanaşma kökündən yanlışdır".
Aytac,
Sitat.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.