AZ

"Nyukasl"dan "Aston Villa"nın forvardına rekord təklif

“Aston Villa”nın hücumçusu Ollie Uotkins karyerasnı “Nyukasl”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "sağsağanlar" 29 yaşlı hücumçunun xidmətində maraqlıdır. Lakin bu keçid “qarğalar” üçün kifayət qədər baha başa gələ bilər.

“Nyukasl” rəhbərliyi 29 yaşlı hücumçunun transferini reallaşdırmaq üçün təxminən 115 milyon avro ayırmalıdır. Bu məbləğin yarısı transfer haqqına, digər yarısı isə oyunçunun müqavilə şərtlərinə sərf olunacaq.

Uotkins 2020-ci ilin sentyabrından “Aston Villa”nın formasını geyinir. O, klubun heyətində 223 rəsmi oyuna çıxaraq 87 qol vurub, 42 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli forvardın “Aston Villa” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
5
10
90deqiqe.az

10Mənbələr