İngiltərənin “Aston Villa” klubu hücumçusu Ollie Uotkinsin mümkün gedişinə qarşılıq olaraq hücum xəttini gücləndirmək üçün namizədləri dəyərləndirir.
90deqiqe.Az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçunun “Mançester Yunayted”ə transferi baş tutarsa, Birmingem təmsilçisi “Portu”nun gənc hücumçusu Samu Agehovanı transfer etməyə çalışacaq.
“Aston Villa” artıq ispan oyunçunun agenti ilə əlaqə saxlayıb. Bu keçidin “Aston Villa”ya 80 milyon avroya başa gələcək.
21 yaşlı futbolçu Portuqaliya klubunda çıxış etdiyi mövsümdə parlaq performans sərgiləyib. İspan oyunçu, 45 matçda 27 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Agehova daha öncə “Qranada”, “Alaves” və “Atletiko Madrid” klublarında da forma geyinib. Gənc hücumçu ötən il İspaniya ilə Olimpiya çempionu olub, bu il isə Millətlər Liqasında gümüş medal qazanıb.