ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Yunayted" "Aston Villa"nın hücumçusu Olli Uotkinsin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Mançester Yunayted" 25 yaşlı ingilislə bağlı artıq "Aston Villa"ya müraciət edib. Onun heyətdə Rasmus Heylundu əvəz edə biləcəyi planlaşdırılır. "Aston Villa" Uotkins üçün qarşı tərəfdən 70 milyon avro istəyir.
Qeyd edək ki, Uotkins 2024/25 mövsümündə "Aston Villa"nın heyətində 54 oyunda 17 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.