“Çelsi"nin hücumçusu Nikolas Cekson İngiltərədə komandasını dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, "Mançester Yunayted" və "Aston Villa" hücumçu Nikolas Ceksonun mümkün transferini öyrənmək üçün London təmsilçisinə rəsmi sorğu göndərib. "Zadəganlar" 24 yaşlı hücumçunu 70 milyon avro civarında qiymətləndirir. Onun gələcəyi ilə bağlı qərarın "Çelsi"nin Klublararası Dünya Çempionatındakı çıxışından sonra veriləcəyi gözlənilir. Seneqallı futbolçuya A Seriyasının iddialı klublarından "Napoli" də maraq göstərir.
2023/24 mövsümündə Cekson bütün turnirlər daxil olmaqla 37 oyunda forma geyinib, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq göstərir.