AZ

Lui van Qal xərçəngi yendi

Məşhur mütəxəssis Lui van Qal xərçəng xəstəliyinə qalib gəldiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

“Xərçəng artıq məni narahat etmir. İki il əvvəl bir neçə əməliyyat keçirdim. Əvvəlcə pis idim. Amma sonda hər şey qaydasına düşdü. Mən öhdəsindən gəlirəm. Bir neçə aydan bir yoxlanılıram. Hər şey qaydasındadır”.

Xatırladaq ki, 73 yaşlı van Qal məşqçilik karyerasında “Mançester Yunayted”, “Ayaks”, “Alkmaar”, “Barselona”, “Bayern” və Niderland millisinə rəhbərlik edib.

Seçilən
5
3
fanat.az

4Mənbələr